Türk qadın azyaşlı oğlunu pedofillərə satıb - DƏHŞƏTLİ ETİRAFLAR

Almaniyada 9 yaşlı oğlunu 3 il boyunca pedofillərə satan 39 yaşlı Kristian və 49 yaşlı həyat yoldaşı, milliyyətcə türk olan Berrinin məhkəməsi başlayıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, prosesdən öncə açıqlama verən prokuror Nikola Novak cütlüyün törətdiyi bütün əməlləri etiraf etdiyini bildirib: "İstintaq zamanı müxtəlif epizodlar üzrə 108 səhifədən ibarət ittiham aktı hazırlanıb. Onların hər ikisi dindirilmə zamanı cinayətləri etiraf edib və bütün hadisələrin detallarını danışıblar. Kristian mənə dedi ki, özü də dəfələrlə övladına təcavüz edib, arvadı isə bunu videokamera ilə lentə alıb".

 

Prokurorun sözlərinə görə, sonradan çəkilən kadrlar müştərilərə nümayiş etdirilib. Cütlüyün etirafları salondakıların göz yaşına səbəb olub.

 

Qeyd edək ki, "valideynlər" övladlarını baş verənləri sirr saxlaması barədə xəbərdar edib, əks-təqdirdə isə ölümlə hədələyiblər.

Müəllif | Apa.Tv
Fərid Rəsulov