Bakı MƏNZİLDƏN MEYİT TAPILDI

Bakıda məzildən meyit tapılıb. Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, 112 qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu  Mir Çəlal küçəsi 46 ünvanında  mənzildə bağlı qapı arxasında 1928-ci il təvəllüdlü qadının köməksiz vəziyyətdə qaldığı barədə məlumat daxil olub. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. APA TV-nin xəbərinə görə, məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsindəki mənzilə giriş qapısını açaraq içəri daxil olublar. Mənzilə baxış keçirilərkən Mariya Qurudnova hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinin apardığı ilkin müayinə nəticəsində M.Qurudnovanın vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Müəllif | Apa.Tv
Apa.tv