Prezident İlham Əliyev BP-nin baş icraçı direktoru ilə görüşdü

Prezident İlham Əliyev iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb.

APA TV-nin xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüşdə TANAP layihəsinin açılışının əhəmiyyəti vurğulanıb, BP-SOCAR əməkdaşlığının uğurla həyata keçirildiyi qeyd edilib.

Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif | Apa.Tv
Apa.tv