300 qadın polisə şikayət etdi - QOBLİNLƏR GECƏLƏR ONLARI ZORLAYIR
Zimbabvedə mifik varlıq olan qoblinlərin qadınları zorlaması barədə xəbər yayılıb.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, sakinlər deyir ki, Mayk Maqobola adı verilən qoblin gecəyarısı onların evinə gələrək qadınları soyundurduqdan sonra onlara təcavüz edir.
2017-ci ilin noyabrından mifik varlıqlar tərəfindən zorlandığı deyilən 300 qadın polisə müraciət edib.
Yerli polis rəisi isə sakinlərə qeyri-adi məsləhəti ilə yadda qalıb. O deyib ki, qadınlar bu varlıqlardan qurtulmaq üçün Allaha yalvarmalıdır: "Allahın onları lənətləməsi üçün dua edin. Onları gördüyünüzdə daş atın, çıxıb getsinlər".
Qeyd edək ki, qoblinlərin 2013-cü ildə də bölgəyə hücum etdiyi bildirilir.