Trampın Nobel Sülh Mükafatına namizədliyi təklif edildi
Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair sazişə verdiyi töhfəyə görə ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyi təklif edilib.
APATV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu təşəbbüslə Norveç Tərəqqi Partiyasının iki üzvü çıxış edib.
Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama Ağ Evə gələndən 9 ay sonra Nobel Sülh Mükafatına layiq görülmüşdü. O, beynəlxalq diplomatiya və xalq arasında əməkdaşlığın gücləndirilməsi üçün müstəsna səylərinə görə mükafatlandırılmışdı.