Nazirlər qəbul keçirdi
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov dekabrın 21-də Şamaxı rayonunda vətəndaşları qəbul edib. APA TV-nin məlumatına görə, nazir qəbul zamanı Ağsu, Şamaxı, Qobustan rayonlarından gələn 50-ə yaxın vətəndaşı dinləyərək, onların şikayət və təklifləri ilə tanış olub. Müraciətlər əsasən yeni salınan kəndlərdə elektron ATS-lərin qurulması, internet xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, telekommunikasiya, televiziya və radio yayımı xidmətlərindəki mövcud vəziyyət, bu xidmətlərin keyfiyyəti, işədüzəlmə, poçt şöbələrinin fəaliyyətinin daha da genişləndirilməsi məsələləri ilə bağlı olub. Qəbul zamanı vətəndaşları narahat edən bir sıra məsələlər yerində həllini tapıb, aidiyyəti üzrə olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev isə Tərtərdə vətəndaşları qəbul edib. Bölgə sakinlər təklif və müaricətlərini bir başa nazırə catrıblar. Tərtər Rayon Gənclər Mərkəzində təşkil olunmuş qəbulda nazir Şahin Mustafayev Ağdam, Goranboy və Tərtər rayonlarından olan vətəndaşların müraciətlərini və təkliflərini diqqətlə dinlənilib. Qəbulda vətəndaşlar əsasən, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, emal sahələrinin yaradılması, sosial məsələlərlə bağlı müraciət ediblər.