Təmir sexində YANĞIN
Gəncə şəhərində yanğın baş verib. APA TV-nin xəbərinə görə, hadisə şəhərin Nizami küçəsində köhnə Şəmkir avtovağzalının ərazisində qeydə alınıb. Şəhər sakini Tofiq Cəfərova məxsus məişət avadanlıqlarının təmiri sexi tamamilə yanıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə Yanğından Mühafizə İdarəsin 4 yanğınsöndürən avtomobili və 20-dən artıq canlı qüvvəsi cəlb edilib alovun qonşu tikililərə keçməsinin qarşısı alınıb. Ümumi sahəsi 25 kvadratmetr olan dəmir və taxta konstruksiyalı sex içərisindəki əşyalarla birlikdə yanaraq külə dönüb. Hazırda yanğının başvermə səbəbləri araşdırılır.