Bacısının qudasının üstünə benzin töküb yandırdı - GƏNCƏDƏ
Gəncədə qohumlar arasında münaqişə faciə ilə nəticələnib.
APA TV-nin qərb bürosunun xəbərinə görə, bir qohum digərinin üzərinə benzin tökərək alışdırıb.
Nəticədə 64 yaşlı Fikrət Əmiraslanov əl və ayaq nahiyələrinin yanıq xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona lazımi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Zərərçəkənin dediyinə görə, işlədiyi dükanda olan zaman gəlininin dayısı ailə münaqişəsi zəminində onun üzərinə benzin tökərək od vurub. Faktla bağlı araşdırma aparılır.