41 yaşlı kişini bıçaqlayıb qaçdılar - BAKIDA

Gecə saatlarında paytaxtda bıçaqlanma olub. APA TV-nin məlumatına görə, hadisə Bakının Suraxanı, Yeni Günəşli qəsəbəsində baş verib.

1977-ci il təvəllüdlü Əliyev Teymur Əli oğlu bıçaq yaraları ilə xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat olunub. İki bıçaq yarası alan T.Əliyevin vəziyyəti hazırda orta ağırlıqdadır.

Faktın təfərrüatlarını Suraxanı polisi araşdırır. Məlumata görə, onu yaralı vəziyyətdə yolun kənarında tapıblar. Ancaq hadisənin kim tərəfindən törədilməsi hələlik məlum deyil.

Müəllif | Apa.Tv
Apa.tv