İmişli sakini karxanada iş zamanı ölüb - AVTOQREYDER AŞIB

İmişli rayon sakini bədbəxt hadisənin qurbanı olub. Hadisə rayonun Şahverdilər kəndi ərazisində qeydə alınıb.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Araz çayının Şahverdilər kəndi ərazisindən keçən hissəsində fəaliyyət göstərən qum-çınqıl karxanasında baş vermiş bədbəxt hadisə nəticəsində İmişli rayonunun Bəhramtəpə qəsəbə sakini, 1990-cı il təvəllüdlü Məmmədov Fariz Valeh oğlu dünyasını dəyişib.

Onun idarə etdiyi avtoqreyder torpaq kütləsinin uçması nəticəsində aşıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv