Gəncədə "ASAN Xidmət"

Gəncədə respublikada sayca beşinci “ASAN Xidmət” Mərkəzi açılıb. APA TV-nin xəbərinə, mərkəzin inzibati binasının tikintisinə 2013-cü ilin mart ayında başlanıb. Bina və binanın qarşısında parkın tikintisi üçün 6 min 500 kvadratmetr sahə ayrılıb. Binanın qarşısında yerləşən parkda uzunluğu 8, hündürlüyü 4 metr olan led-panel qurulub. Paneldə Məkəzdə göstərilən xidmətlər, rüsumlar, Mərkəzin əhatə etdiyi rayonlara aid informasiyalar nümayiş olunacaq.

Açılış mərasiminə Prezident Aparatının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov da iştirak edib. Mərkəz Gəncə, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Goranboy, Samux, Naftalan, Kəlbəcər  və Xocalı rayonlarını əhatə edir. Ümumilikdə  Mərkəz 1 milyon nəfərə yaxın vətəndaşa xidmət göstərəcək.

 

Mərkəzdə müasir innovativ yeniliklər tətbiq olunub.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli