“Maşın Şou”da final gərginliyi: Hüseynlə Roza dalaşdı
“Maşın Şou”da final mərhələsi davam edir.
APA TV-nin məlumatına görə, Roza Zərgərli ilə Hüseyn Əzizoğlunun avtomobil uğrunda mübarizəsi get-gedə gərginləşir.
Finala qədər uğurlu komanda yoldaşı olan iştirakçılar arasındakı münasibətlərdə kəskin dönüş baş verib. Deyəsən, əsas mükafata sahib olmaq arzusu hadisələrin gedişatını tamamilə dəyişəcək. Elə kamera görüntülərindən də göründüyü kimi, Hüseynin yatmamaq üçün mahnı oxuması belə Roza Zərgərlinin əsəblərini tarıma çəkib.