Goranboyda ot tayası yandı, qonaq zəhərləndi

Goranboyda ot tayası yanıb. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Qızılhacılı kəndində baş verib.

 

Kənd sakini Süleyman Həsənova məxsus ot tayasında baş verən yanğını söndürmək üçün Goranboy rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

 

Alov tezliklə söndürülsə də, 10 ton otdan 2 tonu yanaraq yararsız hala düşüb. Yanğın zamanı S.Həsənovun evinə qonaq gəlmiş Tərtər rayon sakini Elmir Bakir oğlu Həsənli alovu söndürməyə cəhd edən zaman tüstüdən zəhərlənib. O, dərhal xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd