Başına 11 milyon dollar pul qoyulan terrorçu Pakistanda öldürüldü
ABŞ hərbi aviasiyası Əfqanıstan-Pakistan sərhədinə aviazərbələr endirib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, pilotsuz uçan aparatların keçirdiyi əməliyyatda 6 terrorçu məhv edilib. Onların arasında əfqan taliblərinin lideri Molla Fəzlullah da var.
Pentaqon əməliyyatın keçirildiyini təsdiqləsə də, təfərrüatları açıqlamayıb.
Qeyd edək ki, bir qədər əvvəl ABŞ Dövlət Departamenti Molla Fəzlullahın yerini deyən şəxs və ya şəxslərə 11 milyon dollar mükafat verəcəyini vəd etmişdi.