Ərdoğan SƏFİRLƏRƏ SƏRT MESAJ

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ölkədəki xarici dövlətlərin diplomatik nümayəndəliklərini ölkənin daxili işinə qarışmamağa çağırıb.

 

Baş nazir son günlər rüşvət qalmaqalı ətrafında yaranan hadisələrə münasibət bildirərək qeyd edib ki, bu, beynəlxalq və daxildə olan, Türkiyənin güclənməsini istəməyən qüvvələrin apardığı əməliyyatdır. Onun sözlərinə görə, hüquqa əks olan bu hadisələr, öz əksini elə hüquqda tapacaq: «Bu əməliyyat hökumətə qarşı atılmış bir addımdır. Bizim məsələmiz hüquqi işdir. Hüquqşünasların da hüquqa hörmət etməsi lazımdır. Əgər kənardan idarə olunaraq hərəkət etsələr, biz siyasətçilər olaraq üzərimizə düşəni hər zaman etdik, bundan sonra da davam edəcəyik».

APA TV-nin xəbərinə görə, Ərdoğan Türkiyədə olan səfirliklərin nümayəndələrini bu hadisələrə müdaxilə etməməyə çağırıb: «Son günlər səfirlər bəzi təxribat yönlü hərəkətlər edirlər. Mən onlara müraciət edirəm, işinizi görün. Vəzifə sahənizi aşarsınızsa, bu, hökumətlərinizin səlahiyyət sahəsində olan yerə qədər gedər".

 

Ərdoğan deyib ki, həmin səfirləri ölkədə saxlamaq məcbuiriyyəti yoxdur.

 

Müəllif | Apa.Tv
Apa.tv