Putin Paşinyanı İlham Əliyevlə tanış edib
Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanı Azərbaycan prezidenti İlham Əliyevlə tanış edib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu N.Paşinyan “Facebook” profilində dərc etdiyi video müraciətində bildirib.
“Futbol matçından sonra Rusiya prezidenti MDB ölkələrinin liderləri formatında kiçik bir qəbul təşkil edib. Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Rusiya prezidenti bizi tanış etdi. Bu, sadəcə, tanışlıq idi, heç bir müzakirə olmadı” - deyə Paşinyan qeyd edib.