Uruqvay Misiri, İran Mərakeşi məğlub etdi - EYNİ HESABLA

Bu gün dünya çempionatında növbəti oyunlar keçirilir. APA TV-nin məlumatına görə, azarkeşlər bu dəqiqələrə qədər 2 qarşılaşmaya şahidlik edib.

İlk olaraq meydana Misirlə Uruqvay çıxıb. A qrupunda növbəti mərhələyə namizədlər arasında göstərilən komandaların mübarizəsində azarkeşlər tək qola şahidlik ediblər. Birincilərin lideri Məhəmməd Salahın meydana çıxmadığı oyunda 90-cı dəqiqədə Ximenezin vurduğu qol Uruqvaya 3 xal qazandırıb.

Ardından B qrupunda mübarizəyə start verilib. Əvvəlcə qrupun autsayderləri Mərakeşlə İran münasibətlərinə aydınlıq gətirib. Sürpriz etmək iddiasında olan komandalar ilk matça mütləq qələbə əzmi ilə çıxmışdılar. Günün ilk matçında olduğu kimi bu oyunun da taleyini bir qol həll edib. Mərakeşli müdafiəçi Aziz Buhadduz oyuna əlavə edilmiş 4-cü dəqiqədə avtoqolla komandasının məğlubiyyətinə səbəb olub.

Müəllif | Apa.Tv
Apa.tv