Qazaxda "Mercedes" divara çırpılıb - 3 YARALI

Qazaxda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Qazax şəhərində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarında divara çırpılıb.

Qəza zamanı avtomobildə olan 3 nəfər - 1998-ci i təvəllüdlü Pərvin Nəsibov və onun həmyaşıdları Kamil Nuriyev və Ülvi Mansurov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv