Lerik sakini intihar edib - MÜƏMMA
Lerikdə 4 övlad atası olan 57 yaşlı kişi naməlum səbəbdən intihar edib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Piran kəndində qeydə alınıb.
Həmin kənd sakini, 57 yaşlı Əliyev Mirzahid Abuzər oğlu həyətyanı sahədə özünü asaraq həyatına qəsd edib. Onun meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təqdim olunub, daha sonra isə ailəsinə verilib.
Qeyd edək ki, mərhum ailəli olub, 3 oğlu və 1 qızı var. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.