"Mercedes" ağaca çırpıldı: 1 ÖLÜ, 3 YARALI

Dekabrın 21-də Gəncədə 1 nəfərin ölümü 3 nəfərin yaralanması ilə nəticələn ağır yol qəzası baş verib. APA TV-nin xəbərinə görə, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb. Gəncə sakini Rəşid Abbasov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkət olarkən idarəetməni itirib. Avtomobil yolun kənarındakı ağaca çırpıb. Nəticədə avtomobildə olan sərnişinlər - şəhər sakinləri Aynurə İbrahimova, Adil Qurbanov və Gülü adlı qadın ağır yaralanıb. Sürücü Rəşid Abbasov isə hadisə yerində keçinib. Yaralıları avtomobildən Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional mərkəzinin xilasediciləri çıxarıblar. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Xəstəxanadan APA TV-yə verilən məlumatda yaralıların vəziyyətinin ağır olduğu bildirilir. İlkin ehtimallara görə, qəzaya yüksək sürət səbəb olub. Faktla bağlı Gəncə şəhər baş polis idarəsində  araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli