Çimərlik mövsümünün ilk günü - SUMQAYIT SAKİNİ BATDI
Sumqayıtda 51 yaşlı kişi dənizdə batıb.
APA TV-nin FHN-in saytına istinadən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1967-ci il təvəllüdlü Niyazov Vidadi Əlibala oğlunun Sumqayıt şəhərində dənizdə batması barədə məlumat daxil olub.
FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.