Separatçıların keçmiş "müdafiə naziri" azadlığa çıxdı
Dağlıq Qarabağ separatçılarının keçmiş "müdafiə naziri" Samvel Babayan azadlığa buraxılıb.
APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, qərar Ermənistan parlamenti deputatlarının müraciəti əsasında qəbul olunub.
S.Babayan "İqla" zenit-raket komplekslərinin qaçaqmalçılığı səbəbilə saxlanılmış, sonradan ona qarşı "çirkli pulların yuyulması" ittihamı da irəli sürülmüşdü.
Qeyd edək ki, onun azad edilməsi haqqında qərarı Ermənistanın Ali Məhkəməsi verib.