Roza Zərgərli "Maşın"ı uddu, amma götürmədi
Maşın şounun qalibi bəlli olub.
APA TV-nin məlumatına görə, Hüseyn Əzizoğlu əlini maşından götürüb və Roza Zərgərli qalib olub.
Hüseyn Əzizoğlu Roza Zərgərlinin ona fiziki təzyiqlərinə görə maşından əlini çəkdiyini bildirib. Finalçıların maşın ətrafındakı davası görüntülərdə də əks olunub. Final gecəsində maşının açarı Roza Zərgərliyə təqdim olunub. Amma Zərgərli açarı şounun aparıcısı Murad Dadaşova geri qaytarıb və bu maşının xeyriyyə məqsədilə istifadə edilməsini xahiş edib və avtomobili “Həyat fondu”na bağışlamaq istədiyini bildirib. Ancaq qaydaya görə, bu, mümkün olmayıb. Zərgərli avtomobildən imtina edib.
Murad Dadaşov deyib ki, avtomobilin aqibəti haqda yaxın günlərdə açıqlama veriləcək.