İş yoldaşını yeyib-içmək məclsində öldürdü - SAMUXDA

Samux rayonunda qətl hadisəsi baş verib.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Ağasıbəyli kəndində qeydə alınıb.

 

Kənddə yerləşən qazpaylayıcı stansiyada nəzarətçi işləyən, 1988-ci il təvəllüdlü Rəşad Məhərrəmov iş yoldaşı 1966-cı il təvəllüdlü Əhmədov İntiqam İmamverdi oğlu ilə birgə  kafedə yemək yeyəndən sonra onu bıçaqlayaraq qətlə yetirib.

 

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

 

R. Məhərrəmov saxlanılıb.

 

Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.  

 

Müəllif | Apa.Tv
Ayşən Əhməd