Elmira Əliyeva: "Yeniyetmə qızlar icbari qaydada müayinə olunacaq"
"Bundan sonra qızların yeniyetməlik vaxtı icbari dispanserizasiyası həyata keçiriləcək".
APA TV-nin xəbərinə görə, Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva deyir ki, səhiyyə nazirinin əmrinə əsasən yeniyetmələrin , xüsusilə qızların müayinəsi üçün komissiyalar təşkil edilib. Həmin komissiyalara xüsusi mütəxəssislər - mama-ginekoloqlar da var. Həmin ginekoloqlar qızların erkən dövrdə ginekoloji durumlarını yoxlanır və rəy verir: "Bu, çox önəmlidir. Qadın gələcəkdə ana olanda onun haqqında məlumatlar olacaq. Həkimlər istənilən zaman məsləhətləşəcək. Hamiləliyə göstəriş olub-olmaması və ya qızda hansısa xəstəliyin olub-olmadığı bilinəcək".
Mütəxəssis mama-ginekoloqların məktəblərdə yeniyetmələr arasına icbari dispanserizasiyası apardığını deyir.
Elmira Əliyeva onu da deyib ki, ötən illərlə müqayisədə bu il doğuş zamanı hamilə qadının yaxınlarından birinin onun yanında olması halları artıb. Həmin şəxskin kimliyini hamilə qadın seçir. Yalnız qeysəriyyə əməliyyatı zamanı infeksion xəstəliklərə yoluxma riski ilə bağlı yad şəxsin əməliyyatda olmasına icazə verilmir.