35 yaşlı kişi Araz çayında çimərkən batıb
İmişli sakini Araz çayında çimərkən boğulub. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, bədbəxt hadisə ötən gün Araz çayının İmişli rayonunun Göbəktala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Çimmək üçün çaya girən rayon sakini, 1983-cü il təvəllüdlü İmanov Nizaməddin Kamal oğlu suda batıb. Əraziyə FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. N.İmanovun meyiti bu gün tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.