Yük maşınından yıxılaraq ağır xəsarət alan 19 yaşlı oğlan xəstəxanada keçindi
Yük maşınından yıxıldıqdan sonra başqa bir avtomobilin zərbəsinə tuş gələrək ağır xəsarət alan 19 yaşlı Astara sakini xəstəxanada dünyasını dəyişib.
APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə iyunun 11-də baş verib. Siyaku kənd sakini, 19 yaşlı Şabanov Elton Asəf oğlu arı pətəklərini öz kəndlərindən Aran bölgəsinə aparmaq üçün yük maşınında gedib. Bu vaxt o, ehtiyatsızlıqdan yük maşınından yıxılıb və açıq kəllə-beyin travması alıb. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən E.Şabanov həkimlərin apardığı müalicə tədbirlərinə baxmayaraq, bu gün xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.
Onun meyiti müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təqdim olunub. Faktın təfərrüatları araşdırılır.