Paytaxtdan Astaraya istirahətə getdi, suda boğuldu - FACİƏ
Ailəsi ilə birgə Astaraya istirahət etmək üçün gedən Lənkəran sakini su anbarında boğulub. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun Kijəbə qəsəbəsindəki Lovayın su anbarında baş verib.
34 yaşlı Fuad Rəhimov Ramazan bayramı ilə əlaqədar Bakıdan Lənkərana gəlib.O, ailəsi ilə birgə dincəlmək üçün isə Astaraya gedib. Məlumata görə, Fuad Rəhimovun bacısı qızı ehtiyatsızlıqdan su anbarına yıxılıb. Hadisə də qohumunu sudan çıxarmaq istəyən zaman baş verib. Nəticədə 34 yaşlı kişi suda boğulub.
Onun meyiti batdığı yerdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.