Sonuncu çempion yenildi, serblər isə qrup lideri oldu
DÇ-2018-də 4-cü oyun gününə yekun vurulub. APA TV-nin məlumatına görə, iki qrupda üç qarşılaşma baş tutub.
Günə Kosta-Rika və Serbiya millilərinin dueli ilə start verilib. Avropa təmsilçisi minimal hesabla qalib gəlib. Birinci hissədə hesab açılmayıb. Fasilədən sonra serbiyalılar oyunun 57-ci dəqiqəsində öz istəklərinə çatıblar. Hakimin təyin etdiyi cərimə zərbəsini yerinə yetirən Aleksandr Kolarov baxımlı qola imza atıb. Qarşılıqlı hücumlar şəraitində keçən oyunun qalan dəqiqələrində hesab dəyişilməyib.
Beləliklə, Serbiya millisi mundialda ilk qələbəsini qazanıb.
İkinci oyun isə sensasiya ilə nəticələnib. Son dünya çempionatının finalçısı Argentinanın ardından çempion da ştatda büdrəyib. Cənubi amerikalılar dünən İslandiya ilə heç-heçə etmişdisə, Almaniya Meksika ilə görüşdən xalsız ayrılıb. Meksika millisinin oyunçusu İrvinq Lozano qarşılaşmanın 35-ci dəqiqəsində hesabı açıb. İkinci hissədə hesab dəyişməyib. Beləliklə, Almaniya millisi mundiala məğlubiyyətlə başlayıb.