İsveçrə Braziliyanın 40 illik adətini pozdu - GÖZLƏNİLMƏZ BAŞLANĞIC
Braziliya da Almaniya və Argentina kimi mundiala qələbəsiz başlayıb. Cənubi Amerika təmsilçisi İsveçrəni sınağa çəkib.
APA TV xəbər verir ki, pentakampeonlar ilk yarıda hesabı açsa da, fasilədən sonra üstünlüyü əldən verib. 1:1 hesablı bərabərlik pentakampeonların uğurlu ənənəsinə son qoyub.
Belə ki, braziliyalılar mundiallara qələbə ilə başlamağa adət etmişdi. Sambaçılar 40 il idi startda xal itirmirdi. Braziliyanın son uğursuz startı DÇ-1978-ə təsadüf edib. Həmin vaxt cənubi amerikalılar İsveçlə bərabərə qalıb – 1:1.