Yaponiyada 6,1 gücündə zəlzələ: ölən və yaralananlar var

Yaponiyanın Osaka prefekturasının şimalında güclü zəlzələ baş verib. APA TV-nin məlumatına görə, Rixter şkalası üzrə 6,1 bal gücündə yerli təkanlar Xyoqo, Kioto, Siqa və Nara prefekturalarında da hiss olunub. Zəlzələnin intensivliyi mənfi 6 kimi dəyərləndirilir.

 

Hələlik hakimiyyət orqanları sunami təhlükəsi ilə bağlı xəbərdalıq yaymayıblar. Rəsmi qurumlar zəlzələ nəticəsində 3 nəfərin öldüyünü xəbər verir. Onlardan biri 9 yaşlı qızdır. Qız Takatsuki şəhərində məktəb hovuzunun aşmış divarlarının altında qalıb. Təbii fəlakət nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan 50 nəfər xəstəxanalara gətirilib.

 

Hələlik regionda böyük miqyaslı dağıntılar olduğu barədə məlumat yoxdur. Bununla belə zəlzələ hava limanları və dəmiryolunun hərəkət qrafikində problemlər yaradıb. Ölkənin cənub-qərbinə sürətli qatarların hərəkəti dayandırılıb. Zəlzələ bölgəsində 170 min evə elektrik enerjisinin verilməsi dayandırılıb. Bölgədəki 15 nüvə reaktorunun işində problem qeydə alınmayıb.

Müəllif | Apa.Tv
Apa.tv