Rusiyanın hərbi gəmiləri İstanbul boğazından keçdi
Rusiya Suriya sahillərində hərbi gücünü artırır. APA TV-nin məlumatına görə, Sevastopoldan yola düşən "Qrad Sviyazsk" və "Veliki Ustyuq" adlı kiçik raketdaşıyan gəmilər İstanbulda boğazlardan keçərək Aralıq dənizinə daxil olublar. Hərbi gəmilərin boğazlardan keçməsi Türkiyə tərəfi ilə razılaşdırılıb. Hər iki gəmi artıq əvvəlcədən müəyyənləşdirilmiş mövqelərdə yer alıblar. Onların Tartus limanı yaxınlığında lövbər salacağı və döyüş növbəsinə çıxacağı ehtimal olunur.
Xatırladaq ki, Rusiya ilə Türkiyə arasında məlum təyyarə insidentindən sonra Ankara Rusiya döyüş gəmilərinin boğazlardan keçməsini əngəlləyəcəyini bəyan etmiş, bu bəyanat iki ölkə arasında gərginliyin daha da artmasına səbəb olmuşdu.