Daxili işlər nazirinin mobil telefonunu oğurladılar
Britaniyanın yeni təyin edilmiş daxili işlər naziri Sacid Cavidin telefonu oğurlanıb.
APA TV-nin "Reuters" agentliyinə istinadən xəbərinə görə, nazirin telefonu paytaxtın Yuston vağzalı yaxınlığında oğurlanıb. "Mən Londonda Yuston vağzalı yaxınlığında idim. Telefonumu əlimə aldım ki, taksi çağırım. Nə baş verdiyini anlayana qədər artıq hadisə olmuşdu. Onlar sadəcə yaxınlaşdılar, telefonu aldılar və aradan çıxdılar" - deyə nazir açıqlamasında bildirib.
Belə halların qarşısının alınması üçün təhlükəsizlik tədbirlərinin artırılacağını vurğulayan nazir, Birləşmiş Krallığın polis sistemi və cinayətkarlığa qarşı mübarizədə yeni vasitələrin yaradılacağını diqqətə çatdırıb.