Gəncədə avtomobilin vurduğu 45 yaşlı kişi xəstəxanaya yerləşdirilib
Gəncə şəhərində xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov proskeptində qeydə alınıb.
Hərəkətdə olan "Ford Tranzit" markalı avtomobil yolu keçmək istəyən şəhər sakini, 1973-cü il təvəllüdlü Hacıyev Elşad İsrafil oğlunu vurub. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.