İtaliyada göldə boğulan azərbaycanlı tələbənin cəsədi tapıldı
İtaliyada göldə çimərkən boğulan azərbaycanlı tələbə Elnur Babayevin cəsədi tapılıb.
Ailəsindən APA TV-yə verilən məlumata görə, iyunun 2-də İtaliyanın Roma şəhərindəki Albano gölündə çimərkən boğularaq ölən 31 yaşlı Elnur Babayevin nəşi Azərbaycana gətiriləcək.
Qeyd edək ki, evin tək oğlu olan E.Babayev Roma Universitetində Politologiya fakültəsinin magistraturasında 2-ci kurs tələbəsi olub.