PKK Türkiyədə terror törətdi: 1 ölü, 2 yaralı

Türkiyənin Siirt əyalətinin Eruh rayonunda partlayış baş verib.

 

APA TV-nin Türkiyə mediasına istinadən xəbərinə görə, PKK terrorçuları tərəfindən küçəyə quraşdırılmış mina partlayıb.

 

Hadisə nəticəsində yaralanan 3 hərbçi dövlət xəstəxanasına yerləşdirilib. Onlardan biri xəstəxanada dünyasını dəyişib. Digər 2 hərbçinin müalicəsi isə davam etdirilir. 

 

Hazırda ərazidə əməliyyat həyata keçirilir.

Müəllif | Apa.Tv
Apa.tv