ABŞ-dan Türkiyəyə sanksiya hədəsi: Rusiyadan "S-400" alsanız...
ABŞ Senatı 2019-cu ilin hərbi büdcəsini təsdiqləyib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, layihədə Rusiyadan S-400 zenit-raket kompleksləri alacağı təqdirdə, Türkiyəyə genişmiqyaslı sanksiyaların tətbiqi nəzərdə tutulub.
Senatdan bildirilib ki, raket sövdələşməsi Avropa və Asiyada Rusiyanın təsir dairəsini genişləndirəcəyi üçün region üçün bilavasitə təhlükədir.
Hazırda Senatda analoji məsələ üzrə iki sanksiya layihəsi nəzərdən keçirilir. Müzakirələrdən sonra isə onlar vahid sənəddə birləşdirilərək, səsverməyə çıxarılacaq.
Qeyd edək ki, hələlik nə rəsmi Moskva, nə də Ankara məsələyə münasibət bildirməyib.