Binəli Yıldırım ABŞ-ın sanksiya hədəsinə cavab verdi
"ABŞ-ın ölkəmizə qarşı sanksiya təhdidi strateji tərəfdaşlıq ruhuna ziddir".
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım bəyan edib.
Onun sözlərinə görə, analoji təşəbbüslər iki ölkə arasındakı əlaqələrə kölgə salır və Türkiyəni alternativ variantlar tapılmasına vadar edir.
Xatırladaq ki, ABŞ Senatı tərəfindən təsdiq olunan 2019-cu il dövlət büdcəsində rəsmi Ankaranın Rusiyadan S-400 zenit-raket kompleksləri alacağı təqdirdə, genişmiqyaslı sanksiyalarla üzləşəcəyi qeyd edilib.
Məhdudiyyətlərə eyni zamanda F-35 və F-16 qırıcıları, "Patriot" hava hücumundan müdafiə sistemləri, helikopterlərin də satışı daxildir.