Ermənistana məxsus növbəti taktiki PUA vuruldu

Ermənistana məxsus növbəti taktiki PUA vurulub.

 

APA TV-nin Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, iyunun 19-u səhər saatlarında cəbhənin Füzuli-Xocavənd istiqamətində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrimizin bölmələri tərəfindən növbəti dəfə məhv edilib.

Müəllif | Apa.Tv
Apa.tv