Bakıda 31, bölgələrdə 36 dərəcə isti olacaq

İyunun 20-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən xəbərə görə, sabah şimal küləyi əsəcək.

 

Havanın temperaturu gecə  18-21, gündüz  27-32 dərəcə isti, Bakıda gecə 19-21, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir.

 

Sabah Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək.  Lakin səhər və gündüz Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 16-21, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 9-13, gündüz 18-23 dərəcə isti təşkil edəcək.

 

Qeyd edək ki, sabah Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba çimərliklərində şimal istiqamətli külək əsəcək. Dəniz suyunun temperaturu 21-22 dərəcə isti təşkil edəcək.

 

Türkan, Hövsan, Sahil, Şıx çimərliklərində də şimal istiqamətli külək əsəcək. Dəniz suyunun temperaturu isə 22-23 dərəcə isti təşkil edəcək.

 

Müəllif | Apa.Tv
Apa.tv