Fərid Həsənov "Türkvision -2013"-ün qalibi oldu

Türkiyənin Əskişehir şəhərində keçirilən “Türkvision-2013” musiqi müsabiqəsində Azərbaycan təmsilçisi qalib olub. APA -nın xəbərinə görə, müsabiqədə ölkəmizi təmsil edən müğənni Fərid Həsənov iştirakçılar arasında 210 xalla qələbə qazanıb. Müsabiqədə ikinci yeri Belarus, üçüncü yeri isə Ukrayna təmsilçisi tutub. Qeyd edək ki, Fərid  Həsənov əvvəllər “Next” qrupundan çıxış edib.

 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova