İranlı generaldan Ruhaniyə sərt tənqid
"Bərbad idarəçilik səbəbindən İrandakı iqtisadi problemlər dözülməz həddə çatıb".
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Məhəmməd Əli Cəfəri bəyan edib.
O, baş verənlərə görə bilavasitə prezident Həsən Ruhani və hökumətin günahkar olduğunu, problemlərin həlli üçün hamının səfərbər olmasının vacibliyini bildirib.
Cəfəri ABŞ prezidenti Donald Trampa məktub yazaraq, onunla görüşmək istəyən 100 nəfər iranlı siyasətçini də tənqid edərək bildirib ki, bu fakt ölkənin apardığı siyasətə ziddir.