İranda ölümcül virus yayılıb

İranda yeni yayılmış virus daha 3 nəfərin həyatına son qoyub.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, "Konqo atəşi" adlandırılan bu virus gənələr vasitəsilə yayılır.

 

Gənələr insanın dərisi altına nüfuz edərək qanama yaradır və bununla da insanın qanına zərərli maddələr ötürürlər. İlkin mərhələdə qızdırma və dəri qızartıları ilə başlayan xəstəlik daha sonra qanın zəhərlənməsinə gətirib çıxarır. "Konqo atəşi"nə daha çox heyvandarlıqla məşğul olan insanlarda rast gəlinir.

 

Qeyd edək ki, analoji virus İranda son bir ayda 34 nəfərin həyatına son qoyub.

 

Müəllif | Apa.Tv
Apa.tv