Yəməndə aeroport husilərdən alındı
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri Yəməndə husilərə məxsus Hodeydah hava limanını ələ keçirib.
APA TV-nin "Reuters" xəbər agentliyinə istinadən xəbərinə görə, Yəmənin əsas liman şəhərlərindən sayılan Hodeydaha koalisiya qüvvələri dünən axşamdan başlayan döyüşlər nəticəsində daxil ola biliblər. İtkilərə baxmayaraq, müttəfiqlər Hodeydah hava limanını ələ keçirib.
Yəmən ordusundan verilən açıqlamaya görə, hava limanını ələ keçirməklə müharibədə böyük üstünlük əldə ediblər.
Qeyd edək ki, Hodeydah əyalətinə hücum təxminən bir həftə əvvəl başlayıb və döyüşlər nəticəsində hər iki tərəf xeyli sayda itki verib.