Şortik geyinənlərə münasibətiniz necədir? - SORĞU
İki gündür sosial şəbəkələrdə "şortik qalmaqalı" hökm sürür.
APA TV-nin xəbərinə görə, metroda qısa şortik geyinən xanım digər sərnişinlər tərəfindən qınağa məruz qalıb.
Videodan da göründüyü kimi, xanım geyiminə görə əvvəl təhqirlərlə üzləşir, daha sonra öz həmcinsi tərəfindən fiziki təzyiqə məruz qalır.
Belə bir fikir var ki, insanı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar. Lakin ilkin təəssüratın formalaşmasında geyimin də böyük rolu var. Elə biz də son günlər medianın gündəmini zəbt edən məsələ - şortik geyindiyi üçün metroda təzyiqlərə məruz qalan xanımın başına gələn hadisədən yola çıxaraq şəhər sakinləri arasında sorğu keçirdik. Görəsən, onların şortik geyinən qıza və oğlana münasibəti necədir?