Baltasını itiləyən kişi faciəli şəkildə öldü - ZAQATALADA

Zaqatalada 44 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. APA TV-nin Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə rayonun Fındıqlı kəndində baş verib.

 

Kənd sakini, 1974-cü il təvəllüdlü Osmanov Əziz Hafiz oğlu səhər saatlarında yaşadığı ünvanda mühərrikli elektrik çarxı ilə balta itiləyən zaman daş iki hissəyə parçalanıb. Çarxdan çıxan daş parçalarından biri Ə.Osmanovun başına dəyib. Nəticədə ağır açıq kəllə-beyin travması alan Ə.Osmanov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb. Ancaq həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv