Erməni general həbs edildi - APREL DÖYÜŞLƏRİNƏ GÖRƏ
Ermənistanın sabiq müdafiə nazirinin müavini, deputat Manvel Qriqoryan həbs edilib.
APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, M.Qriqoryan qanunsuz silah saxlamaqda və başqasının əmlakını mənimsəməkdə təqsirli hesab edilib. Məhkəmə onun barəsində iki ay həbs qətimkan tədbiri seçib.
Manvel Qriqoryan bundan əvvəl deputat toxunulmazlığından məhrum edilib.
Qeyd edək ki, Ermənistanın müdafiə nazirinin sabiq müavini M.Qriqoryan bir neçə gün öncə bağ evində qanunsuz silah və döyüş sursatlarının aşkar edilməsi ilə əlaqədar saxlanılıb. O, həmçinin 2016-cı ilin aprel döyüşlərində erməni əsgərlərinə göndərilmiş yardımı mənimsəməkdə təqsirli bilinir.