İngilislər "Qazprom"un aktivlərinə əl qoydu - SƏBƏB UKRAYNADIR
London Kommersiya Məhkəməsi Rusiyanın "Qazprom" şirkətinin Böyük Britaniya ərazisindəki aktivlərini dondurmağa icazə verib.
APA TV-nin məlumatına görə, bu barədə Ukraynanın "Naftoqaz" şirkətinin saytında dərc olunub.
Aktivlərin dondurulması "Qazprom"un 2,6 milyard dollarlıq ödənişinə dair Stokholm Arbitraj Məhkəməsinin qərarının təmin edilməsi üçün gərəkdir.
Məhkəmə qərarından sonra "Qazprom" İngiltərə və Uels ərazisindəki aktivlərinin siyahısını iki gün ərzində "Naftoqaz"a təqdim etməlidir.