Ağdamda 36 yaşlı qadın doğuş zamanı həyatını itirib

Ağdamda 36 yaşlı qadın doğuş zamanı keçinib.

 

APA-TV-nin məlumata görə, ölən qadın əslən Ağdam rayon sakini olan və Bakıda yaşayan 1977-ci il təvəllüdlü  Əsgərova Gülmirə Bəxtiyar qızıdır. Məlumata görə, hamilə olan Əsgərova Gülmirə bir neçə gün əvvəl Bakıdan Ağdam rayonuna, anasıgilə gəlib. Axşam saatlarında onun vəziyyəti pisləşib.  Qadın kəskin qanaxma ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq qadını xilas etmək mümkün olmayıb. O, doğuş zamanı kəskin qanaxmadan həyatını itirib.

 

Ağdam Rayon Mərkəzi Xəstəxanasından bidirilib ki, həkimlər qadına hamilə qalmağın təhlükəli olduğu barədə əvvəlcədən xəbərdarlıq ediblərmiş.

 

Müəllif | Apa.Tv