Pentaqon: Senatın qərarından asılı olmayaraq, F-35-lər Türkiyəyə təhvil veriləcək

"Senatın qərarına rəğmən ilk F-35 Türkiyəyə təslim ediləcək".

 

APA TV-nin məlumatına görə, bu açıqlama ABŞ Müdafiə Nazirliyindən (Penatqon) verilib.

Daha öncə ABŞ Senatı Türkiyəyə F-35-lərin satılmasına qarşı qanun qəbul olunması təklifi ilə çıxış etmişdi.

 

Penatqon Senatın Türkiyəyə F-35 hərbi təyyarələrinin satılmasını qadağan edən təklifi qəbul etsə də, iki ədəd təyyarə Texas ştatının Fort Vörs şəhərində keçiriləcək tədbirdən sonra Türkiyəyə təslim ediləcək. Qurumun sözçüsü Mayk Andryus bildirib ki, təyyarələr ilk mərhələdə Luk Hərbi Hava Qüvvələrinin (HHQ) bazasına keçəcək. Türkiyənin F-35 pilotları və mütəxəssisləri artıq Luk bazasındadır və yaxında uçuş təlimlərinə başlayacaqlar.

 

M.Andryus Senatın qərarına münasibət bildirməyəcəyini deyib: "Türkiyə NATO-nun ən önəmli müttəfiqlərindən və 2002-ci ildən bu yana F-35 proqramının beynəlxalq iştirakçılarından biridir".

 

Qeyd edək ki, Senatın qərarının qüvvəyə minməsi üçün prezident Donald Trampın onu imzalaması lazımdır.

Müəllif | Apa.Tv
Elvin Bayramlı